6 Fevral 2020 10:02
1 619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Vuhan şəhərində koronavirusla mübarizə aparan həkim və aşağı tibbi personalın son görüntüləri dünyanı şoka salıb.

Teleqraf.com xəbər verir ki, koronavirusun episentri olan Vuhanda həkimlər virusun yayılmasını dayandırmaq üçün gecə-gündüz dayanmadan işləyirlər.

Çinli həkimlərin məruz qaldığı üz yaraları, yorğunluq və halsızlıq yayılan fotolardan açıq şəkildə görünür.

Fotolarda həkim və tibb bacılarının koronavirusa məruz qalan xəstələri müalicə etmək üçün cəhdləri insanda fərəh hissi yaradır.

Vuhandakı tibbi heyətin bu fəaliyyətinə dair sosial şəbəkələrdə yayılan fotolar baxış rekordu qırıb.

Yerli media Vuhanda virusun ən çox təsir etdiyi digər şəhər Hubeidə tibbi personalın gecə-gündüz işlədiyini və sutka ərzində oturmadığını xüsusilə qeyd edir. Çin mediasına görə, həkim və tibbi personal gün ərzində ya yatmırlar, ya da xəstəxanada tapa bildikləri ərazidə az müddət uzanırlar. Hətta dəhlizdə, döşəmə üzərində qısa müddətə yatan həkimlərə də rast gəlinir.

“Vaşinqton Post” qəzeti qeyd edir ki, koronavirusla mübarizə aparan tibbi personal tualetə getməyə vaxtı olmadığı üçün böyük insanlar üçün nəzərdə tutulan bezdən istifadə edirlər.

Virusa yoluxmamaq üçün həkim komandalarının istifadə etdiyi xüsusi geyim və maskalar iş yükünü daha da çətinləşdirir. Bütün günü, bəzən sutkalarla çıxarılmayan maskalar, saatlarla əyinlərində qalan paltarlar həkimlərin üzündə, bədənlərində iz buraxmaqla yanaşı, yaralara da səbəb olur.


Müəllif: Cavad

Oxşar xəbərlər