7 Fevral 2020 12:36
1 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstanda keçid bölgəsindəki qaçqınların ölkədən yaşamaq hüququ müraciətlərinin qarşısını almaq üçün ac saxlanıldığı iddia edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Məlumatda qeyd edilib ki, yemək dəstəyi dayandırılan bir əfqan qaçqın, hamilə həyat yoldaşı və qızı onlara verilən yeməyi digərləri ilə bölüşmək məcburiyyətində qalıb.

Macarıstandakı qaçqınlara hüquqi dəstək verən Macarıstan Helsinki Komitəsinin yaydığı açıqlamada, həmin insanın 2018-ci ilin avqust ayından bu yana ac saxlanılan 28-ci şəxs olduğu vurğulanıb.

Macarıstan hökuməti acqoyma taktikasını qaçqınların ölkəyə yaşamaq hüququ almaq üçün müraciətlərinin qarşısını almaq məqsədilə istifadə etmək ittiham olunur. Hökumətin özü də açıq formada qaçqınlara “pulsuz çörək” verməyəcəyini bildirir.

Avropa İnsan Haqları Məhkəməsi Macarıstana 28-ci dəfə qaçqınları ac saxlamamaq xəbərdarlığını edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər