ABŞ Dövlət Departamenti Avstraliyaya təxminən 1 milyard (990 milyon) dollar həcmində 200 ədəd döyüş gəmiləri əleyhinə zenith-raket sisteminin satışını təsdiq edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Təhlükəsizlik Əməkdaşlığı Agentliyi məlumat yayıb.
Məlumatda Avstraliyaya 200 ədəd “AGM-158C” uzaq mənzilli döyüş gəmiləri əleyhinə raket sistemlərinin satışına qərar verildiyi bildirilib. Bu sistemlərin telemetriya variantları olan “ATM-158C” və “DATM-158C” raketlərinin də satış paketinə daxil olduğu vurğulanıb.
Satışla bağlı ABŞ Konqresinin xəbərdar edildiyi, müvafiq sənədin göndərildiyi bildirilib.
Satışın başa çatması üçün Konqres 30 gün ərzində bu prosedura etiraz etməməlidir.
Avtsraliya hökumətinin qərarı ötən ilin sentyabr ayında meşə yanğınlarının başladığı ölkədə etirazla qarşılanıb. Vətəndaşlar meşə yanğınları ilə mübarizənin bundan daha vacib olduğunu bildiriblər.