Qazaxıstanın Jambıl vilayətinin Korday rayonunda baş verən kütləvi iğtişaşların səbəbi açıqlanıb.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Daxili İşlər nazirinin müavini Aleksey Kalayçidi keçirdiyi brifinqdə iğtişaşlara yol münaqişəsinin hansı səbəb olduğunu deyib:
“Kimsə kiməsə yol verməyib. Nəticədə avtomobillərdəki bir neçə şəxs arasında yaranan mübahisə sonradan əlbəyaxa davaya çevrilib. İnsident barədə informasiya sosial şəbəkədə yayılıb və gənclər arasında ajiotaj doğurub. Nəticədə kütləvi dava düşüb".
Qeyd edək ki, iğtişaşlar nəticəsində 10 nəfər həlak olub. Həmçinin 50 nəfər yaralanıb və daha 50 nəfər saxlanılıb. Hadisələrin gedişində 25 fərdi evə, 31 kommersiya obyektinə və 41 avtomobilə ziyan dəyib.