Çinin Vuhan şəhərində bir qadının həyat yoldaşı üçün yardım istəməsi ilə bağlı yayılan görüntülər sosial mediada müzakirələrə səbəb olub.
Teleqraf.com xəbər verir ki, eyvana çıxıb həyat yoldaşının vəziyyətinin ağır olduğunu deyən qadının yalvarışları izləyiciləri duyğulandırıb.
Yayılan videoda əri koronavirusa yoluxan qadının “Həyat yoldaşım ölür, xahiş edirəm, kimsə kömək eləsin. Heç nə edə bilmirəm” sözləri onun çarəsizliyini nümayiş etdirib.
Qeyd edək ki, Çində koronavirusdan (2019-nCoV) ölənlərin sayının 904-ə, virusa yoluxanların isə 39,8 min nəfərə çatdığı deyilir.