“Yunanıstan Egey dənizindəki 23 adanın 16-nı 1936-cı ildən etibarən qeyri-qanuni olaraq silahlandırıb”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.
“Quru sahəsinin 6 mil olmasına baxmayaraq, hava sahəsinin 10 mil olduğunu iddia edirlər. Bu, məntiqli deyil. Kiprdə, Aralıq dənizinin şərqində və Egey dənizində baş verənlərə göz yummayacağıq”, - deyə Akar bildirib.