Çinin Xubey əyalətində koronavirusa yoluxanların və ölənlərin sayı artıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Komitəsi məlumat yayıb.
Məlumata görə, koronavirusdan ölənlərin sayı 974 nəfərə çatıb.
Qeyd edilir ki, əyalətdə gün ərzində 2019-nCoV virusundan 103 nəfər ölüb. Ölkənin 2222 sakini sağalaraq evə buraxılıb.
Gigiyena və Səhiyyə Komitəsinin məlumatına görə, virusa yoluxma sayı 31 728 nəfərə çatıb.