Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko Gürcüstan vətəndaşları üçün vizaların ləğv edilməsinin mümkünlüyünə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, o, “RİA Novosti”yə açıqlamasında deyib:
“Ölkələrimiz arasında viza rejiminin ləğvi ilə əlaqədar proseslər bu gün ikitərəfli məsələlərin gündəliyində deyil”.
Onun sözlərinə görə, Rusiya tərəfi ikitərəfli münasibətlərdəki böhranın mənfi nəticələrini aradan qaldırmaq mümkün olduğu təqdirdə bu mövzunun müzakirəsinə qayıtmağa hazır olacaq.
Qeyd edək ki, ötən ilin iyul ayında Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasin Rusiyanın Gürcüstan vətəndaşları üçün vizaların ləğvinin mümkünlüyündən imtina etmədiyini bildirmişdi. O hesab edir ki, “Tbilisinin Rusiya ilə münasibətləri normallaşdırmağa yönəlmiş real addımları” bu məsələni ikitərəfli müzakirələrin gündəminə qaytara bilər.