Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Məlumata görə, liderlər arasında görüşdə İdlibdəki son hadisələr müzakirə ediləcək.
Açıqlamada dövlət başçılarının müvafiq qurumlar üzərindən Suriyadakı məsələlərlə əlaqədar təmas içində olduğu və Suriya ilə bağlı imzalanan razılaşmaların tətbiq edilməsinin əhəmiyyətli olduğuna dair anlaşdığı qeyd edilib.