25 Sentyabr 2014 13:06
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ın terrorla mübarizədə ikili standartdan imtinasını və terrorçuları "yaxşı" və "pis" olaraq təsnif etməməsini istəyib.

Teleqraf.com-un sondakika.com-a istinadən verdiyi xəbərə görə, bunu Lavrov Nyu-yorkda Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası görüşləri çərçivəsində deyib: “Əgər biz terrorla mübarizə aparırıqsa, bunu hər zaman və hər yerdə etməliyik. Əgər sizin istəmədiyiniz liderləri öldürən terrorçuları yaxşı olaraq görsəniz, gözünüzü terrora qarşı bağlamış olacaqsınız”.

ABŞ Prezidenti Barak Obamanın səsləndirdiyi fikirlərə münasibət bildirən Lavrov Obamanın BMT Təhlükəsizlik Şurasının qərarı olmadan və ya beynəlxalq hüquqa söykənmədən güc istifadə etmə hüququnu ehtiva edən bir təhlükəsizlik doktrinasının qəbul edilə bilməyəcəyini qeyd edib:

“Obamanın dünyanın daha azad və təhlükəsiz hala gəldiyi istiqamətindəki açıqlamaları qəribədir. Bu açıqlamanın ciddi bir şəkildə edildiyini inanmıram”.

Lavrova görə, Obamanın çıxışı sülh istəyən birindən çox, Təhlükəsizlik Şurasının qətnamələrini pozan, beynəlxalq hüquqi əsası olmayan, uyğun gördüyü şəkildə güc istifadəsini haqq olaraq görən bir ölkənin münasibətini ehtiva edir.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər