13 Fevral 2020 10:54
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Hubey əyalətində fevralın 13-də koronavirusa yoluxan 242 nəfər ölüb.

Bu, sətəlcəm xəstəliyinin yeni tipindən bir gündə qeydə alınan ən çox ölüm hadisəsidir.

Öncəki antirekord fevralın 10-da (103 nəfər) qeydə alınmışdı.

Yeni yoluxma hallarının sayı artaraq 14 840 nəfər olub.

***

Çinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı artıb.

Bu barədə regionun Gigiyena və Səhiyyə Komitəsi məlumat yayıb.

Bildirilir ki, əyalətdə yeni virusdan ölənlərin sayı 1310 nəfərə, yoluxanların sayı 48,2 min nəfərə yüksəlib.

Məlumata görə, daha 3441 nəfər virusdan sağalaraq evə buraxılıb. Xəstəlikdən ölüm səviyyəsi bir gün əvvəlki 3,2 faizdən 2,7 faizə enib.

Komitə tərəfindən yayılmış bəyanatda qeyd edilir ki, Hubeyin inzibati mərkəzi Uhanda xəstəliyə yoluxanların sayı 32,9 min nəfəri ötüb. Siyahıda ikinci və üçüncü yerdə müvafiq olaraq Syaoqan və Xuanqan şəhərləri qərarlaşıb. Bu şəhərlərdə virusa yoluxanların sayı 2,8 min və 2,6 min nəfərdir.

Bundan başqa, əyalətdə 9 mindən çox insan xəstəlik şübhəsi ilə karantindədir. Xəstəliyə yoluxanlarla ünsiyyətdə olmuş daha 77,3 min nəfər həkim nəzarəti altındadır./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər