14 Fevral 2020 10:19
1 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu ildən bəri Səudiyyə Ərəbistanında Sevgililər günü ilə əlaqədar dəyişiklik küləkləri əsir. 2008-ci ildə bir bir fətva ilə qadağan olunan Sevgililər günü haqda qanunların yumşaldılması üçün addımların atılmasına başlanıldı.

Teleqraf.com xəbər verir ki, ölkə miqyasında yenidən Sevgililər günü ilə əlaqədar hədiyyələrin satışı təşkil edilir.

Güllər, oyuncaqlar, suvenirlər və müxtəlif hədiyyələr yenidən vitrinlərdə öz yerlərini alıb.

2008-ci ildə Əxlaq polisinin fətvası ilə Səudiyyə Ərəbistanında Sevgililər günü qadağan olunmuşdu. Restoranlar bu günü bəlli edə biləcək bəzək əşyalarından istifadə etməməsi barədə xəbərdar edildi. Məktəblərdə müəllimlər və şagirdlərin o gün qırmızı rəngli paltar geyinməsi qadağan olundu.

Səudiyyədə bu qadağaların qaldırılmasının ilk açıqlamasını ölkənin əhəmiyyətli dini fiqurlarından sayılan Şeyx Əhməd Qasım əl-Həmdi verib. Şeyx bu günün dini gün və “Quran”a qarşı olmadığını deyib.

Əl-Həmdi şahzadə Məhəmməd bin Salmana yaxşın şəxslərdən biridir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər