14 Fevral 2020 16:34
2 463
12 Punto 14 Punto 16 Punto 18 Punto

İdlibdə Bəşər Əsədin silahlı qüvvələrinə məxsus helikopter vurulub.

Teleqraf.com Türkiyə mediasına istinadən bildirir ki, helikopter İdlibdən qərb istiqamətində Hələb istiqamətində vurulub.

Helikopterin kim tərəfindən vurulduğu bəlli deyil.

Qeyd edək ki, son dövrlər Türkiyə İdlib istiqamətində hərbi gücünü artırıb, əraziyə çoxlu sayda zirehli texnika cəmləşdirib. Əsədin nəzarətə götürdüyü M5 quru yolu faktiki türk ordusunun mövqeləri yaxınlığındadır.


Müəllif: Cavad