17 Fevral 2020 16:48
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Soçidəki görüşdə iki ölkə liderlərinin müəyyən bir anlaşma əldə etdiyinə əsaslanaraq, enerji təchizatı ilə bağlı Minsk ilə dialoqu davam etdirəcək”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov ötən həftə Soçidə Rusiya və Belarus prezidentləri – Vladimir Putin və Aleksandr Lukaşenko arasında keçirilən görüşdən danışıb.

O, Belarusa enerji resurslarının satılması ilə bağlı tərəflər arasında danışıqların davam etdiyini diqqətə çatdırıb.

Belarus liderinin bəzi emosional açıqlamalarına gəlincə, Peskov bunu şərh etməkdən imtina edib:

“Mən şərh verməkdən çəkinəcəm. Bəzən, doğrudan da, emosiyaları üstün tutur. Soçidə iki prezident müəyyən razılığa gəlib, bundan nəticə çıxaracağıq”.

Bundan əvvəl Aleksandr Lukaşenko SSRİ-nin varisi olaraq, Çernobıl qəzasından zərərçəkən tərəf kimi Rusiyanın Belarusa daha ucuz qiymətə neft satmalı olduğunu bildirib. O, bunu etməyəcəyi halda, baha qiymətə də olsa, başqa ölkələrdən neft alacaqlarını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər