18 Fevral 2020 08:38
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT XXI əsrin ən böyük humanitar faciəsinin qarşısını almaq üçün Suriyanın şimal-qərbində atəşi təcili dayandırmağa çağırır.

Teleqraf.com xəbər verir ki, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukok bildirib.

O, qeyd edib ki, əgər güclü təsirə malik Təhlükəsizlik Şurasının üzvləri fərdi maraqların öhdəsindən gəlsələr və humanizmi başlıca prinsip seçsələr, 21-ci əsrin ən böyük humanitar faciəsindən qaçmaq mümkün olacaq.

Mark Loukokun sözlərinə görə, regionda güc tətbiqi yeni və dəhşətli səviyyəyə çatıb. O, əlavə edib ki, Rusiya Federasiyası və İran tərəfindən dəstəklənən Suriya rejiminin dekabrda başlayan hücum əməliyyatı təxminən 900 000 insan öz yerini dəyişməyə gətirib çıxarıb.

Loukok bildirib ki, evlərini tərk edən dinc sakinlər "travmalar alırlar və küçələrdə aşağı temperaturlarda yatmağa məcbur olurlar, çünki düşərgələr dolub".

"Analar uşaqları qızdırmaq üçün plastik əşyaları yandırırlar. Körpələr və balaca uşaqlar soyuqdan ölürlər", - beynəlxalq təşkilatın nümayəndəsi qeyd edib.

Loukokun sözlərinə görə, İdlibə zərbələr nəticəsində tibb müəssisələrinə, məktəblərə, evlərə, məscidlərə və bazarlara ciddi zərər dəyib. O, xəbərdarlıq edib ki, yaranmış vəziyyət şəraitində xəstəliklərin yayılması üçün "ciddi risk" mövcuddur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər