18 Fevral 2020 10:30
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində yeni növ koronavirus epidemiyasından ölənlərin sayı 1869 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, virusun Çinin digər şəhərlərində yayılmasının qarşısını almaq üçün restoran kimi ictimai yerlərdə baryerlər qurularaq tədbir görülüb.

Çindəki fabrikdə işçilər yeməkləri digər həmkarlarından ayrı oturaraq baryerlər olan masalarda yeyirlər.

Qeyd edək ki, Çin Milli Səhiyyə Komissiyasının verdiyi açıqlamaya görə, ölkədə virusda yoluxan 72436 nəfərdən 11471 nəfərin vəziyyəti ağırdır.

Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 6242 nəfərdir. 141552 nəfər karantində saxlanılır. Müalicə alaraq sağalanların sayı 12552 nəfərə çatıb.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər