20 Fevral 2020 11:07
4 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) müharibə tərəflərinə müraciət edərək Liviyanın paytaxtı Tripolidə artan qarşıdurmaları dayandırmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Komitəsinin ali nümayəndəsi Jozef Borell paytaxtda döyüşlərin getdikcə şiddətləndiyini açıqlayıb.

Avropalı diplomat döyüşlərin insan itkilərinə yol açdığını bildirib. Borrell hücumların dərhal dayandırılmasının vacib olduğunu deyərək, tərəfləri dialoq masasına çağırıb.

Qiyamçı general Xəlifə Haftarın liderliyindəki ordu növbəti dəfə Tripoliyə raket zərbələri endirib. Hücum nəticəsində 5 nəfər mülki şəxsin həlak olduğu, 10-a yaxın insanın yaralandığı qeyd edilib.

Haftar ordusunun hücumlarına cavab olaraq, Liviya Milli Sülh Hökuməti tərəflər arasında danışıqların dayandırıldığını açıqlayıb. Hökumətin Baş naziri Fəyaz əs-Sərrac Haftar ordusunun əldə edilmiş anlaşmanın şərtlərini pozduğunu bildirib.

Məlum qərardan sonra açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Sülh Hökumətini dəstəkləyərək, bunun doğru qərar olduğunu vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər