20 Fevral 2020 19:37
4 722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qiyamçı general Xəlifə Haftara bağlı ordu Liviya Milli Sülh Hökumətinin hərbi qüvvələri ilə qarşıdurmada 25 hərbçisini itirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Haftar ordusuna qarşı başlayan əməliyyatlara başçılıq edən qüvvələrin sözçüsü Mustafa əl-Məcəyi açıqlama verib.

O, Haftar qüvvələrinin paytaxt Tripoli yaxınlığında yerləşən Hallatat bölgəsində ağır zərbə aldığını, 25 hərbçisini itirdiyini bildirib.

Məcəyi qiyamçı ordunun mövqelərinə qarşı artilleriya zərbələrinin davam etdirildiyini deyib. O, əsir alınan hərbçilərin sayı barədə açıqlama verməyib.

Əlavə edək ki, sülh hökuməti bundan əvvəl yaydığı bəyanatda Haftarla danışıqların dayandırıldığını açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər