İranda koronavirusdan ölənlərin sayı 4-ə yüksəlib.
Teleqraf.com xəbər verir ki, koronavirusun aşkar edildiyi Qum şəhərində nəzarət gücləndirilib, məktəblər bağlanıb, iki xəstəxana karantin üçün hazırlanıb.
Quma yaxın paytaxt Tehranda da vətəndaşlar təşvişə düşərək maska ilə gəzməyə başlayıb. Bu gün biri həkim olmaqla daha 3 nəfərdə koronavirus aşkarlanıb, bununla da İranda koronavirusa yoluxanların sayı 13 nəfərə çatıb.
İki nəfərin ölümündən sonra Prezident Həsən Ruhaninin göstərişi ilə Koronavirusıla Mübarizə və Mücadilə Mərkəzi yaradılıb.
Mərkəzdə Səhiyyə, Daxili İşlər, Turizm və Nəqliyyat nazirliklərinin və Silahlı Qüvvələrin nümayəndələri təmsil olunacaq.