ABŞ prezidenti Donald Tramp bazar ertəsi Hindistana səfər edəcək.
Teleqraf.com xəbər verir ki, səfərdə ABŞ liderini ölkənin birinci xanımı Melanya Tramp, həmçinin 12 nəfərdən ibarət rəsmi nümayəndə heyəti müşayiət edəcək.
Nümayəndə heyətinin tərkibinə xüsusi halda prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Robert O Brayen, ticarət və energetika naziri Uilbur Ross və Den Bruyet, ABŞ-ın Hindistandakı səfiri Kennet Caster, Ağ Evin mətbuat katibi Stefani Qrişem, prezidentin qızı və məsləhətçisi İvanka Tramp, həmçinin ABŞ liderinin kürəkəni və böyük məsləhətçi Cared Kuşner daxildir.
Bu, Trampın Hindistana birinci səfəri olacaq.