24 Fevral 2020 10:55
2 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail əsgərləri Qəzza sərhədində şəhid etdikləri fələstinlinin cəsədinə qarşı iyrənc hərəkət ediblər.

Teleqraf.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə İsrail əsgərlərinin Qəzza yaxınlığında öldürdüyü və şəxsiyyəti bilinməyən şəxsin nəşinin bir qrup fələstinlinin almağa çalışdığı görünür.

Ancaq bölgəyə gələn İsrail ordusuna aid buldozer öldürülən fələstinlinin cəsədini almaq istəyənlərə maneə olur. Çətinliklə cəsədi alıb hadisə yerindən uzaqlaşan fələstinlilərə israilli əsgərlər güllə atır və bu zaman bir fələstinli ayağından vurulur. Atəş açılmasından sonra fələstinlilər ölən şəxsin cəsədini yerə qoymaq məcburiyyətində qalır. Bu zaman israilli sürücü buldozerlə ölən şəxsin cəsədini yerdən qaldırmaq istəyir və cəsəd ortadan parçalanır. Daha sonra isə cəsədi sürüyərək bölgədən uzaqlaşır.


Müəllif: Cavad