24 Fevral 2020 13:46
1 632
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İranda koranvirus səbəbindən 50 nəfər həyatını itirib”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iranlı deputat Əhməd Əmirabadi Fərahani deyib.

Deputat İran Səhiyyə Nazirliyini yalan məlumat yaymaqda ittiham edib:

Hökumətin virusu nəzarətdə saxlamaq üçün göstərdiyi bütün cəhdləri uğursuz alınıb. Hökumətin bu virusun yayılmasının qarşısını almağa imkanları demək olar ki, sıfıra bərabərdir. Problemlər çoxdur və hətta tibb bacılarının karantin şəraitinə uyğun geyimləri də yoxdur və onlar qorxa-qorxa virusa yoluxmuş xəstələrə yaxınlaşır, öz işlərini görürlər. Təəssüflər olsun ki, hökumət hələ də vəziyyətin nə qədər böhranlı olduğunu hiss etmir və bu məsələyə diqqətlə yanaşmır.

Səhiyyə naziri bu günə qədər 12 nəfərin virusdan öldüyünü deyir. Lakin o yalan danışır. Başa düşürəm ki, biz yaranmış bu böhranı nəzarətdə saxlamalıyıq. Lakin vəziyyəti guya heç nə baş verməmiş kimi də cəmiyyətə göstərməməliyik”.

Fərahani qeyd edib ki, koronavirusun Qumda yayılmasından 3 həftə keçir:

“Lakin bu barədə xəbərlər gec yayılıb. Səhiyyə naziri də bu məsələdə təqsirkardır. Mən səhiyyə naziri ilə görüşdə hətta onunla savaşdım və dedim ki, xalqa niyə yalan danışırsınız. Dünən axşama qədər təkcə Qumda 50 nəfər koronavirusdan ölüb.. Onların çoxu da karantində saxlanılan xəstələrdir. Dedim ki, hər gün 10 nəfər Qumda bu virusdan ölür və vəziyyət son dərəcə ağırdır. Hazırda Qumda virusa yoluxmuş 250 nəfər karantində saxlanılır. Şəhər apteklərində də maskalar tapmaq mümkün deyil”.

Əlavə edək ki, nazirlik indiyədək koronavirusda 12 nəfərin öldüyünü təsdiq edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər