24 Fevral 2020 19:40
1 302
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da bu il keçiriləcək prezident seçkilərində Donald Trampın əsas rəqibi demokrat Bernie Sanders yəhudi lobbisinə qarşı çıxaraq müsəlmanları dəstəkləyib.

Teleqraf.com xəbər verir ki, Sanders Tvitter hesabında yəhudi-fələstin probleminə toxunub.

İsrailin Fələstin xalqının haqlarını tanımayan siyasətini tənqid edən Sanders “İsrail xalqı sülh və təhlükəsizlik içində yaşamaq haqqına sahibdir. Eyni şəkildə Fələstin xalqı da. Prezident olaraq israillilərin və fələstinlilərin hüquqlarını dəstəkləyəcəyəm, regiona sülh və təhlükəsizlik gətirmək üçün mümkün olan hər addımı atacağam” sözlərini işlədib.

Prezidentliyə namizəd ABŞ-da ən böyük yəhudi lobbisi olan Amerika-İsrail Komitəsini (AIPAC) ciddi tənqid edib, bu qurumun fəaliyyətinin İsrail-Fələstin probleminin həllinə maneə olduğunu qeyd edib:

“AİPAC-ın fələstinlilərin təməl haqlarına qarşı çıxan liderlərinin tətbiq etdiyi platformadan narahatam. Bu səbəblə AİPAC-ın illik toplantısında iştirak etməyəcəyəm”.

Sandersin bu mesajları qısa müddət ərzində sosial şəbəkələrdə böyük dəstək qazanıb. Həm ABŞ müsəlmanlarının vətəndaş cəmiyyəti qurumları, həm də fələstinliləri müdafiə edən fərqli qruplardan Sandersə dəstək gəlib.

ABŞ Prezidenti Trampın Yaxın Şərq Sülh Planını tənqid edən Sanders bundan əvvəlki açıqlamasında “iki dövlətli həll” üslubunu dəstəklədiyini qeyd etmişdi.

Xatırladaq ki, ABŞ-da partiyaların daxilində vahid namizədi müəyyən edəcək seçkilər davam edir. Sanders Nevada və daha bir ştatda seçkiləri udub.


Müəllif: Cavad

Oxşar xəbərlər