Koronavirusla mübarizə aparan Çin, ABŞ-la mübarizədə geri çəkilməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, Çin hökuməti ABŞ-dan kənd təsərrüfatı məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlərin bəzilərini (quş əti, kartof və heyvan yemi) aradan qaldırıb.
ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyi faktı təsdiq edib.
Nazirliyin açıqlamasında qeyd edilib ki, Çinin bu addımı ABŞ -Çin arasında əldə edilən razılaşmanın fevralın 14-də qüvvəyə minməsi əsasında baş verib.