26 Fevral 2020 16:05
2 537
12 Punto 14 Punto 16 Punto 18 Punto

İdlibdə humanitar böhranın qarşısını almaq üçün aktiv müdaxilə daxil olmaqla, hər yola əl atırıq. Rusiya humanitar həssaslığı qəbul etmək istəmir. Müşahidə qüllələrimizi mühasirəyə alanlara verdiyimiz vaxt dolur.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Əsəd rejimi müəyyənləşdirilən sərhədlərdən kənara çıxarılacaq:

“Tələbimiz rejimin Soçi memorandumu ilə təsdiqlənən sərhədə, yəni müşahidə nöqtələrindən geriyə çəkilməsidir. Bu, rejimin hücumlarına son qoyulması ilə bağlıdır. Hazırda ən böyük problemimiz hava məkanından istifadə edə bilməməyimizdir. İnşallah yaxın zamanda buna da çarə tapacağıq. İdlibdə kiçik addım belə geri atmayan rejimi mütləq müəyənləşdirdiyimiz sərhədlərdən kənara çıxaracağıq”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər