27 Fevral 2020 12:49
2 673
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə və Ukrayna işğal edilmiş Krım bölgəsindən olan tatarlar üçün yeni şəhərin salınması ilə bağlı layihənin icrasına başlayıb”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Zelenski Krım tatarlarının yerləşdirilməsi üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynada ümumilikdə 500 mənzilli yeni binaların inşası üçün razılaşma əldə etdiklərini xatırladıb. O, yeni şəhərin salınması məqsədilə məkanın müəyyən olunması üçün Türkiyədən olan nümayəndə heyətinin yaxın günlərdə Kiyevə gələcəyini açıqlayıb.

Qeyd edək ki, sözügedən anlaşma Ərdoğanın fevralın 3-də Ukraynaya səfərində əldə edilib. Görüşdən sonra açıqlama verən Ərdoğan Zelenski ilə Xerson vilayətində Krım tatarları üçün yeni şəhərin salınması ilə bağlı anlaşdıqlarını demişdi.

Əlavə edək ki, Rusiya 2015-ci ildə Ukraynanın Krım bölgəsini işğal edərək öz tərkibinə qatıb.


Müəllif: Mənsur Rəğbətoğlu