27 Fevral 2020 17:55
3 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 24 saat ərzində radikal qruplaşmalar 3 dəfə Rusiya və Suriya ordusuna məxsus qırıcıları vurmağa cəhd edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mediasında məlumat yayılıb.

Məlumata görə, radikallar qırıcıları MANPADS sistemlərindən vurmağa cəhdlər ediblər. İddiaya görə, ABŞ istehsalı olan “FIM-92 Stinger” Rusiyaya məxsus “Su-34”və Suriyaya aid “Su-22” qırıcısı Cəbhə Fəth əl-Şam terror təşkilatının hücumlarına məruz qalıb.

Hücumların İdlib bölgəsində həyata keçirildiyi bildirilib. Məlumatda terror təşkilatı Türkiyənin “müttəfiqi” kimi təqdim olunub.


Müəllif: Mənsur Rəğbətoğlu