29 Fevral 2020 20:00
1 533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın NATO-dakı Daimi Nümayəndəliyi alyansın İdliblə əlaqədar Ankaraya dəstək olmasıyla bağlı bəyanatına veto qoyub.

Axar.az xəbər verir ki, bu məlumatı “To Vima” qəzeti yayıb.

Məlumata görə, Yunanıstan Xarici İşlər naziri Nikos Dendiasın bu barədə qərarı NATO-nun ortaq bəyanatının mətni hazırlandığı zaman verib. Ortaq bəyanat mətninə Yunanıstanın qaçqın və miqrant problemiylə bağlı AB-Türkiyə deklarasiyasının əlavə edilməsi ilə bağlı təklifi qəbul edilməyib. Yunanıstanın bu təklifinə, xüsusilə, Britaniya, Almaniya, ABŞ və Fransa qarşı çıxıb.

Bununla belə Yunanıstanın vetosu ucbatından ortaq bəyanat yaymaq mümkün olmayıb.

“Katimerini” qəzeti isə ABŞ-ın mövcud vəziyyətdən Ankaranı Rusiyadan uzaqlaşdıraraq, Qərbin yanına çəkmək üçün fürsət kimi istifadə etdiyini bildirib. Bununla bərabər alyansdakı Polşa, Çexiya və Slovakiya kimi ölkələrin Ankara-Moskva gərginliyindən NATO-nun Rusiyaya qarşı mövqeyinin sərtləşdirilməsi üçün istifadə etdiyi vurğulanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər