2 Mart 2020 21:26
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Xüsusi İstintaq Xidməti sabiq müdafiə naziri Seyran Ohanyana qarşı külli miqdarda dövlət vəsaitini israf etmək ittihamını irəli sürərək ondan başqa yerə getməmək barədə iltizam alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə qurumun rəsmi məlumatında qeyd olunub.

“İstintaqın məlumatına görə, 2010-cu ildə Müdafiə Nazirliyi qanunun tələblərini pozmaqla Dzora SES-in özəlləşdirilməsinə dair məxfi qərar hazırlayaraq həmin şirkətə 3,6 milyard dram məbləğində əmlakın ayrılmasını təsdiqləyib. Həmin əmlakın həqiqi dəyəri isə 4 646 400 min dram olub.

Beləliklə, dövlətə 1 046 400 min dram məbləğində ziyan vurulub”, - Xidmətin açıqlamasında deyilir.

Qeyd edək ki, həmin məbləğ təqribən 2 milyon ABŞ dollarına uyğundur.

Xatırladaq ki, S.Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər