4 Mart 2020 10:42
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin vəkili Məhəmmədrza Fəqihi barəsində irəli sürülən ittihamdan bəraət qazanıb.

Teleqraf.com xəbər verir ki, Ərdəbil Apellyasiya Məhkəməsi azərbaycanlı vəkilə qarşı irəli sürülən ittihamın sübuta yetirilmədiyini elan edərək onun sərbəst buraxılması haqda qərar verib.

O, “dosyeni Abbas Lisaniyə açıqlamaqla məhkəmənin gizli sənədlərini ifşa etmək”də ittiham olunmuşdu.

Məhəmmədrza Fəqihi 2019-cu il oktyabrın 20-də İran hüquq mühafizə orqanları tərəfindən Ərdəbildə saxlanılmışdı.

Xatırladaq ki, yuxarıda adı çəkilən tanınmış fəal Abbas Lisani hazırda Ərdəbil həbsxanasında saxlanılır. O, İran İnqilab məhkəməsinin qərarı ilə 15 il həbs və 2 il Yəzd şəhərinə sürgünə məhkum edilib. Lisani barəsində irəli sürülün ittihamların əsassız olduğunu bildirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər