“Rusiyadan aldığımız “S-400”-lər artıq bizimdir, hamısı əlimizdədir. Aprel ayından etibarən onlar aktivləşdiriləcək”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Hazırda bu sistemlər bizim əmlakımızdır. Bir tərəfdən də “S-400”-lərlə bağlı təlim-tədris proqramı davam edir. Həmin sistemləri böyük ölçüdə almışıq, hamısı əlimizdədir. Aprel ayından etibarən də aktiv fazaya keçiriləcək.
Amerikalılara yenə də deyirəm, əgər siz bizə “Patriot” satsannız, biz sizdən “Patriot” da alarıq”, - Ərdoğan bildirib.