Qazaxıstan ərazisində təsdiqlənmiş koronavirus hallarının sayı altıya yüksəlib.
Teleqraf.com xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Dias Axmetşarip bildirib.
Martın 13-də Qazaxıstan Səhiyyə Nazirliyi respublika vətəndaşları arasında ilk dörd koronavirus hadisəsinin qeydə alındığını açıqlamışdı.
“Digər bir koronavirus infeksiyası Almatıda aşkar edilib. Bu, 1958-ci il təvəllüdlü özəl sahibkardır. O, bu il martın 10-da Moskvadan Almatıya uçub”, – Axmetşarip nazirliyin “Facebook” səhifəsində yayımladığı videoda bildirib.
Qeyd edib ki, digər bir xəstə Nur-Sultanda yaşayan qadındır. O, Varşavadan Qazaxıstana uçub.
Beləliklə, onun sözlərinə görə, Qazaxıstanda koronavirusa yoluxanların sayı altıya yüksəlib.