Ümrə ziyarətindən qayıdan Türkiyə vətəndaşlarının koronavirus (COVID-19) infeksiyası riskinə görə karantinə alınmasına başlanılıb.
Teleqraf.com xəbər verir ki, Ankara və Konyada bəzi tələbə yataqxanaları bu məqsəd üçün hazır vəziyyətə gətirilib.
Zəvvarlar 14 gün karantin şəraitində saxlanılacaqlar.
Ziyarətdən dönən zəvvarların birində koronavirus testinin nəticəsi pozitiv çıxıb.
Ümrə ziyarətinə gedən zəvvarların sayının on min nəfərdən çox olduğu, onlardan 5300-nün bu gün ölkəyə qayıdacağı bildirilir.