Almaniyada daha 1394 nəfər COVİD-19 koronavirusuna yoluxub.
Teleqraf.com xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 5627 nəfərə çatıb, 11 nəfər ölüb.
Almaniyada koronavirusa yoluxmalar əsasən Şimali Reyn - Vestfaliyada (2100 nəfər), Bavariyada (886 nəfər) və Baden-Vürtemberq (827 nəfər) qeydə alınıb.