“Statistik məlumatlara görə, dünya üzrə koronavirusun daşıyıcısı olanların sayı bu günə qədər 197295 nəfər olub. İlk onluqda aşağıdakı ölkələrdir: 81074 nəfər Çində, 31506 nəfər İtalıyada, 16169 nəfər İranda, 11826 nəfər İspaniyada, 9297 nəfər Almaniyada, 8320 nəfər Cənubi Koreyada, 7695 nəfər Fransada, 6363 nəfər ABŞ-da, 2700 nəfər İsveçdə, 1960 nəfər Böyük Britaniyada yaşayır.
Bizim ölkənin qonşularına gəlincə, Gürcüstanda 34, Ermənistanda 78, Türkiyədə 98, Rusiyada 114 nəfər koronavirus daşıyıcısı rəsmi qeydiyyata alınıb. Azərbaycanda bu göstərici 28-dir”.
Teleqraf.com xəbər verir ki, bu haqda iqtisadçı Qubad İbadoğlu məlumat verib.
Onun sözlərinə görə, ölüm hallarının statistikası göstərir ki, bu virus dünya üzrə 7940 nəfərin həyatına son qoyib:
“Onlardan Çində 3122 nəfər, İtaliyada 2503 nəfər, İranda 988, İspaniyada 533 nəfər, Fransada 148 nəfər, Cənubi Koreyada 81 nəfər, Böyük Britaniyada 71 nəfər, ABŞ-da 111 nəfər dünyasını dəyişib. Yoluxanlar arasında ən yüksək ölüm faizi İtaliyada -8 %, İranda 6,1%, İspaniyada 4,5%, Çində ölüm faizi 3,68 %, Böyük Britaniyada 3,62% Fransada 1,9%, ABŞ-da 1,7%, Cənubi Koreyada 0,97 % -dir.
Dünyasını dəyişənlərin statistikasına görə, yoluxanlar arasında ölüm riski yaşı 80-dən yuxarı olanda 14,8 faiz, 70-79 arasında olanda 8 faiz, yaşı 60-69 yaş qrupunda 3,6 faiz, yaşı 50-59 arasında olanda 1,3 faiz , yaşı 40-49 arasında olanda 0,4 faiz, yaşı 30-39 arasında olanda 0,2 faiz, yaşı 20-29 arasında olanda 0,2 faiz, yaşı 10-19 arasında olanda 0,2 faizdir.
Bu günə olan məlumata görə, dünya üzrə 81911 nəfər bu virusdan sağalıb ki, onlardan da 56883-ü Çində, 5389-u İranda, 2941-i İtaliyada, 1540-ı Cənubi Koreayada, 1028-i İspaniyada yaşayır”.
qubad İbadoğlu qeyd edib ki, yoluxma və ölüm hallarının sayı bir sıra faktorlardan asılıdır:
Bura daxildir: səhiyyənin durumu (infrastruktur və tibbi personalın keyfiyyəti, dərman və tibbi ləvazimatlarla təchizat və sairə), pasiyentin yaşı
- idarəçiliyin keyfiyyəti və qərarların çevikliyi, insanların davranışı,təlimatlara əməl etmə səviyyəsi və s.”