20 Mart 2020 15:41
5 381
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Moskvanın Yaxın Şərqə marağı yeni deyil. Həm çarizm, həm də Sovet İttifaqı dövründə ruslar Ərəbistan yarımadası, İran, Əfqanıstan, Pakistan və Şimali Afrikanı əhatə edən geniş coğrafiyada nüfuz qazanmağa çalışırdı. Müasir Rusiyanın milli təhlükəsizlik strategiyası və hərbi doktrinası da bu bölgədə nüfuzun genişləndirilməsi məqsədini daşıyır”.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyində dərc olunan analitik məqalədə bildirilib.

Məqalədə qeyd edilib ki, xüsusilə son 10 ildə Rusiyanın maraqları ilk növbədə Suriya, Misir, Liviya və İranda qabarıq formada ön plana çıxdığı müşahidə olunur:

“Rusiya xarici siyasətin milli konsepsiyasında qlobal təhlükəsizlik problemləri baxımından, Yaxın Şərqi prioritet bölgə hesab etdiyini bildirir.

Rusiyanın Yaxın Şərqdəki mühüm siyasi sahəsi İrandır. Rusiya üçün İran həm cənub istiqamətində hava məkanından istifadə, həm də ABŞ-a qarşı planlarda dəstək amili baxımından əhəmiyyətlidir. İranın İraqa təsiri də bu baxımdan önəmlidir.

Bundan əlavə, Rusiya İrandan ABŞ və müttəfiqlərini Hörmüz Boğazı və Fars Körfəzində sıxışdırmaq üçün istifadə edir. İranın silahlı şiə qüvvələri də uzun müddət Rusiyanın Suriya və İraqdakı siyasətini dəstəkləyərək müharibə üçün insan resursları problemini həll etdi.

Bundan əlavə, İran neftin qiyməti və neft tədarükü ilə bağlı problemləri həll edərkən Rusiyanı yanında görmək istədiyi bir oyunçudur”.

Məqalədə deyilir ki, Rusiya Yaxın Şərqdəki mövqelərini tədricən gücləndirməyə, hərbi və siyasi potensialını inkişaf etdirməyə çalışır: “Əfqanıstan, Pakistan, Səudiyyə Ərəbistanı və İsrail kimi ölkələrlə qarşılıqlı əlaqədə olan Rusiya bölgədə daha çox nüfuz qazanmağın yollarını axtarır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər