20 Mart 2020 20:58
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada sürətlə yayılan və minlərlə insan ölümünə səbəb olan yeni növ koronavirusla (COVİD-19) mübarizə istiqamətində Türkiyədə atılan addımlar çərçivəsində ölkə səhiyyəsində də bir sıra dəyişikliklər edilib.

Teleqraf.com xəbər verir ki, bu məqsədlə ölkənin Səhiyyə Nazirliyi tərəfindən bir sıra qərarlar alınıb.
Yeni qərarlara əsasən, Türkiyənin hər bölgəsində təcili olmayan əməliyyatların icrası və səhiyyə turizmi çərçivəsində ölkəyə xəstə gətirilməsi təxirə salınıb.

Bundan əlavə, qabaqlayıcı tədbirlər çərçivəsində ölkə xəstəxanalarının reanimasiya şöbələrində müalicə alan xəstələrin vəziyyətlərinin qiymətləndirilməsi əsasında palatalara keçirilməsi, təcili olmayan həkim ziyarətlərinin ertələnməsi nəzərdə tutulur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər