Gürcüstanda daha bir nəfər koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytında bildirilib.
Qeyd olunub ki, bununla da koronavirusa yoluxanların sayı 44 nəfərə çatıb.
Məlumatda qeyd deyilir ki, hazırda ölkədə 1925 nəfər karantində, 271 nəfər isə stasionar nəzarətdə saxlanılır.