İranın Loristan əyalətinin Əligudərz şəhər həbsxanasında qiyam baş verib.
Teleqraf.com xəbər verir ki, həbsxanadakı məhkumlar qaçmağa cəhd edib, bu zaman onlarla polislər arasında qarşıdurma yaşanıb.
Hadisədə 1 məhkumun öldüyü, birinin yaralandığı bildirilib.
Məlumatda həbsdən qaçmaq istəyən məhbusların qarşısının alındığı vurğulanb.
Martın 19-da da Loristanın Xürrəmabad bölgəsində yerləşən Parsillon həbsxanasında oxşar hadisə baş vermişdi. 1 məhkumun ölümü, 1-nin yaralanması ilə nəticələnən qiyam zamanı 23 məhbus həbsxanadan qaça bilmişdi.