İtaliyada sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 651 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, bunu ölkənin Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli deyib.
A.Borrelli bildirib: "Bu gün biz 651 xəstənin ölümünü qeydə almışıq. Bu gün sağalanların sayı 952 nəfər, ümümulikdə isə 7024 nəfər təşkil edir".
Onun sözlərinə görə, ölkə ərazisində hazırda koronavirus xəstələrinin sayı 59138 nəfərdir.
Qeyd edək ki, İtaliyada yeni növ koronavirusdan ümumilikdə 5476 nəfər ölüb.