23 Mart 2020 15:21
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Mayk Pompeo Əfqanıstana gözlənilmədən səfər edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyer” xəbər yayıb.

Bildirilir ki, M.Pompeo ikinci müddətə prezident seçilmiş Əşrəf Qani və seçkinin nəticələrini tanımayan icraedici hakimiyyətin keçmiş başçısı Abdullah Abdullah ilə görüşmək niyyətindədir.

Fevral ayının sonunda Qətərdə keçirilən mərasimdə ABŞ və “Taliban” 18 ildən çox davam edən müharibədə ilk dəfə sülh sazişi imzalayıb. Saziş 14 ay ərzində xarici qoşunların Əfqanıstandan çıxarılmasını və məhbusların mübadiləsini nəzərdə tutur. ABŞ bu ölkədəki qoşunlarının sayını 8,6 min nəfərə endirməyə razılaşıb.

Pompeo ABŞ-ın “Taliban” rəhbərliyinin razılaşmanın başa çatması üçün mümkün olan hər şeyi edəcəyinə əmin olduğunu bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər