24 Mart 2020 10:45
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanda koronavirus infeksiyasına yeni yoluxma halları aşkarlanıb, yoluxanların ümumi sayı 66 nəfərdir.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“Alma-Ata şəhərində daha iki koronavirus infeksiyasına yoluxma qeydə alınıb. Bu günə qədər ölkədə 66 koronavirusa yoluxma hadisəsinin qeydiyyatı təsdiqləndi”, – deyə Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.

Qeyd edilir ki, Nur-Sultan şəhərində 34, Alma-Ata şəhərində 28, Karaqanda vilayətində 2, Alma-Ata və Aktübinsk vilayətlərinin isə hər biirndə bir yoluxma hadisəsi qeydə alınıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər