Koronavirus infeksiyasının yayılması səbəbindən Qırğızıstanın bir neçə şəhər və rayonunda fövqəladə vəziyyət rejimi elan edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Qırğızıstanın koronavirusla mübarizə üzrə qərargahından məlumat verilib.
“Martın 25-dən Bişkek, Oş və Cəlalabad şəhərlərində, Nookat, Qara-Su və Suzak rayonlarında fövqəladə vəziyyət rejimi elan ediləcək”, – deyə qərargahın məlumatında bildirilib.
Fövqəladə vəziyyət rejimi 25 mart saat 08:00-dan 15 aprel 08:00-dək qüvvədə olacaq. Bu şəhərlərin ərazisində komendant saatı tətbiq olunacaq.