28 Mart 2020 16:47
2 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Ramat Gan şəhərindəki Gan Leumi parkında yarasaların kütləvi formada ölməsi faktı əhalini qorxuya salıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı görüntülərin sosial şəbəkədə yayılması ölkə vətəndaşlarının ciddi narahatlığına səbəb olub. Daha sonra İsrailin digər ərazilərində də yarasaların ölməsi faktına rast gəlinib.

Bəzi şəxslər isə yarasaların ölümünə səbəb kimi 5G texnologiyası üçün qurulan sistemləri göstərib.

Qeyd edək ki, hazırda yarasaların dünyada 25 mindən çox insanın ölümünü gətirən və hazırda sürətlə yayılan koronavirus pandemiyasına səbəb olduğu ehtimal edilir.


Müəllif: Cavad