30 Mart 2020 15:06
4 676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici İşlər Nazirliyi beynəlxalq birliyi Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçiriləcək qondarma prezident və parlament seçkilərini tanımamağa çağırıb.

Teleqraf.com xəbər verir ki, XİN-in bəyanatında işğal bölgəsindəki separatçı rejimin dünya dövlətləri tərəfindən tanınmadığı vurğulanıb.

“Bu addım BMT Təhlükəsizlik Şurasının məlumat qətnamələrinin və ATƏT-in prinsipləri də daxil olmaqla, beynəlxalq hüquq normalarının açıq formada pozulması deməkdir. ATƏT-in Minsk Qrupu da daxil olmaqla, beynəlxalq ictimaiyyəti bu qondarma seçkiləri tanımamağa çağırırıq”, - bəyanatda bildirilib.

Bəyanatda o da vurğulanıb ki, Türkiyə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini pozacaq bu qanunsuz seçkiləri tanımır.

Əlavə edək ki, qondarma seçkilər sabah keçiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər