31 Mart 2020 11:16
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da ilk hərbi qulluqçu koronavirus infeksiyası nəticəsində ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqon açıqlama yayıb.

Qeyd edilir ki, həmin hərbçi Nyu-Cersi ştatındakı ABŞ Milli Qvardiyasında xidmət edirdi. O, martın 21-də koronavirus testi müsbət nəticə verdikdən sonra xəstəxanaya yerləşdirilmişdi. Hərbçi martın 28-də dünyasını dəyişib.

ABŞ Müdafiə naziri Mark Esper deyib:

“Bu itki xəbəri COVID-19-un yayılmasının qarşısını almaq üçün idarələrarası tərəfdaşlarımızla daha yaxından işləmək qərarımızı gücləndirir”.

O, hərbçinin ailəsinə və yaxınlarına, eləcə də həmkarlarına və bütün Milli Qvardiyaya başsağlığı verib.

Bundan öncə Amerikanın “Teodor Ruzvelt” atom daşıyan gəmisinin göyərtəsində 3 hərbçiyə COVID-19 diaqnozu qoyulduğu bildirilmişdi.


Müəllif: Səxavət