29 Sentyabr 2014 15:42
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın şərqində sutka ərzində gedən döyüşlərdə rus separatçıları ağır itki verib.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçüsü Andrey Lısenko məlumat yayıb.

Onun sözlərinə görə, döyüşlər zamanı 50-ə yaxın yaraqlı məhv edilib. Bununla yanaşı Lısenko separatçılara məxsus iki “Zanbaq” minomyotunun və üç tankın da yararsız hala gətirdiyini deyib.

Rəsmi məlumatlara görə, atışmalar zamanı ukraynalı hərbiçilərdən 9 nəfər ölüb, 27-i isə yaralanıb.

Samir


Müəllif: