Polşa hökuməti Smolensk və Katına səfərini daha sonrakı dövrə keçirməklə bağlı qərar qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “TASS” ölkə hökuməti dəftərxanasının başçısı Mixal Dvorçikə istinadən məlumt yayıb.
“Bu gecə aprelin 10-da həyata keçirilməli olan səfərin təxirə salınmasına dair qərar verildi”, – deyə məlumatda bildirilib.
Qeyd edilir ki, Rusiyaya Polşanın Baş naziri Mateuş Moravetskinin başçılığı ilə hökumət nümayəndə heyəti və ölkə parlamentinin nümayəndələri birlikdə getməyə hazırlaşırdılar.
Bundan öncə Polşa hökumətinin Rusiya Xarici İşlər Nazirliyindən Polşanın rəsmi nümayəndə heyətinin aprelin 10-da Smolensk və Katına səfərinin təşkilində kömək istədiyinə dair məlumat yayılmışdı.