5 Aprel 2020 18:45
3 818
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da koronavirusa yoluxanların sayı 312 min nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Qeyd edilir ki, ölkədə COVID-19 pandemiyası qurbanlarının sayı 8 503 nəfər təşkil edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxmuş 15 min insan sağalıb.

Son məlumatlara görə, dünyada 1 200 319 nəfərin COVID-19 testləri pozitiv nəticələnib, 64 667 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 246 174 nəfərə çatıb.

17:26

ABŞ Prezidenti Donald Trampın Ağ Evdə koronavirusla əlaqədar çoxlu sayda insanın öləcəyinə dair açıqlamasından sonra ölkədə rekord sayda ölüm faktı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, son bir sutkada 1344 nəfər həyatını itirib.

Bu fakt koronavirus infeksiyası dünya üzrə genişlənəndən sonra bir ölkədə gün ərzində ən böyük itki hesab olunur.


Müəllif: Teleqraf.com