5 Aprel 2020 20:39
2 448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının təşəbbüsü ilə koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmaq məqsədilə Salyan Peşə Liseyində tibbi maskaların istehsalına başlanılıb.

Teleqraf.com xəbər verir ki, aksiyanın keçirilməsində məqsəd koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün ölkə rəhbərliyi tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olmaq və həmrəylik nümayiş etdirməkdir.

Tibbi maskalar əhaliyə pulsuz paylanılacaq.


Müəllif: Mənbə/Axar.az